Haland rekorda imza atıb

“Mançester Siti”nin hücumçusu Erlinq Haland UEFA Çempionlar Liqasında tarixi nailiyyətə imza atıb.

Norveçli forvard ümumi mərhələnin ilk turunda “Napoli” ilə görüşdə (2:0) hesabı açaraq turnirdəki 50-ci qolunu vurub. O, bunu oyunun 56-cı dəqiqəsində gerçəkləşdirib.

Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, Haland Çempionlar Liqasının tarixində 50 qola ən tez çatan futbolçu olub. Ona bunun üçün cəmi 49 oyun kifayət edib.

Əvvəlki rekord 62 matçla Rud van Nistelroya məxsus idi.

Haland “Mançester Siti”yə 2022-ci ilin yayında keçib. O, bundan əvvəl Dortmund “Borussiya”sı və “Zalsburq”un heyətində çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button