Yeni rekord qeydə alına bilər – Haland klubunu dəyişsə

Erlinq Halandın yaxın illərdə “Mançester Siti”dən ayrılaraq İspaniyanın top-klubuna gedəcəyi ilə bağlı xəbərlər yayılıb.

Komanda.az “TEAMtalk”-a istinadən xəbər verir ki, norveçli hücumçunun transferi dəyər baxımından yeni dünya rekordu vura bilər. Belə ki, “şəhərlilər” böyük ehtimalla, Haland üçün rekord məbləğ tələb edəcək.

Hazırda rekord göstərici Neymarın “Barselona”dan PSJ-yə transferidir. Parislilər braziliyalı futbolçu üçün 222 milyon avro ödəmişdilər.

Halandın İspaniyaya – “Real” və ya “Barselona”ya – getməyi asanlaşdırmaq üçün yeni müqaviləyə satınalma variantını daxil etmək istəyi ilə bağlı məlumatlar ortaya çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button