
Haland “Real”a keçəcək?
“Mançester Siti”nin hücumçusu Erlinq Halandın agenti Rafaela Pimenta futbolçunun “Real”a mümkün transferindən danışıb.
Komanda.az AS-a istinadən xəbər verir ki, noveçli forvardın agenti jurnalistin sualına bu cür cavab verib:
“Haland “Real”la müqavilə imzalayacaqmı? Bu barədə Madrid klubundan soruşmalısız”.
23 yaşlı oyunçunun “şəhərlilər”lə müqaviləsi 2027-ci ilin iyununa qədər nəzərdə tutulub. Halandı almaq istəyən klub 250 milyon avro təzminat ödəməlidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin