Haland rəsmən “Mançester Siti”də!

İngiltərənin “Mançester Siti” klubu Almaniyanın “Borussiya” (Dortmund) komandasının hücumçusu Erlinq Halandı heyətinə qatıb.

Komanda.az xəbər verir ki, bu barədə “şəhərlilər”in rəsmi saytı məlumat yayıb.

Norveçli hücumçu bu il iyulun 1-dən yeni komandasına qoşulacaq. Klub keçidin digər detallarını və müqavilə müddətini açıqlamayıb.

Britaniya mətbuatının yazdığına görə, “Mançester Siti” bu keçid üçün “Borussiya”ya 60 milyon avro ödəyəcək. Futbolçunun müqaviləsində sərbəstqalma maddəsində məhz bu məbləğ yazılmışdı. Futbolçunun özünün isə həftəsinə 375 000 funt-sterlinq qazanacağı bildirilir. Hücumçu ilə 5 illik müqavilə imzalanıb.

Erlinq Haland 2020-ci ilin əvvəlindən Dortmund təmsilçisində çıxış edir. Gənc forvard “Borussiya”da 88 oyuna 85 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button