Haland Premyer Liqanın ən çox maaş alan futbolçusu ola bilər

Erlinq Haland yaxın gələcəkdə “Mançester Siti” ilə yeni müqavilə imzalaya bilər.

Komanda.az “Daily Star”-a istinadən xəbər verir ki, norveçli bombardir İngiltərə Premyer Liqasının ən yüksək maaş alan futbolçusuna çevrilə bilər. 24 yaşlı forvardın “şəhərlilər”lə yeni müqaviləsinin 2028/2029 mövsümünün sonuna qədər qüvvədə ola biləcəyi ehtimal olunur. Hazırda onun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Haland cari mövsümdə “Mançester Siti”də bütün yarışlarda 16 oyunda 15 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button