
“Nəhayət!”
Norveç millisi 2026-cı il dünya çempionatına birbaşa vəsiqə qazanıb.
Komanda.az xəbər verir ki, bu barədə millinin aparıcı hücumçusu Erlinq Haland sosial şəbəkədə qısa paylaşım edib.
O, sadəcə “Nəhayət!” sözünü yazıb və Norveç bayrağını paylaşıb.
Norveç millisi seçmə mərhələnin son oyununda səfərdə İtaliya ilə qarşılaşıb və inamlı qələbə qazanıb – 4:1. Haland bu görüşdə dubla imza atıb.
Bu qələbə skandinaviyalılara turnirdə birbaşa iştirak hüququ qazandırıb və ölkədə böyük sevinc yaradıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



