“Ömrümün sonuna qədər bu anı xatırlayacam” – Haland
“Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasındakı debüt mövsümü haqda açıqlama verib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, norveçli forvard çox şad olduğunu söyləyib:
“Nə deyəcəyimi bilmirəm. Mən çox şadam. Ömrümün sonuna qədər bu anı xatırlayacam. Debüt mövsümü, 36 qol, çempionluq və qarşıda bizi gözləyən iki final matçı. Pis deyil”.
22 yaşlı futbolçu ötən ilin yayında “Borussiya”dan (Dortmund) “şəhərlilər”ə keçib. O, İngiltərə çempionatında 34 oyuna çıxıb və 36 qol vurub.
“Mançester Siti” iyunun 3-də İngiltərə Federasiya kubokunun finalında “Mançester Yunayted”lə üz-üzə gələcək.
Pep Qvardiolanın yetirmələri iyunun 10-da isə Çempionlar Liqasının finalında “İnter”lə çempionluq uğrunda mübarizə aparacaq.
Bizi Facebook-da izləyin