
Siyahı açıqlandı – Halandın adı da var
Norveç millisinin martda keçiriləcək təlim-məşq toplanışına çağırılan futbolçuların siyahısı açıqlanıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda “Mançester Siti”nin hücumçusu Erlinq Haland da yer alıb.
“Atletiko”nun hücumçusu Aleksandr Sörlot və “Arsenal”ın yarımmüdafiəçisi Martin Odeqard da Norveç millisinə çağırılıb. Milliyə ümumilikdə 25 futbolçu dəvət olunub.
Norveç yığması martda DÇ-2026-nın seçmə mərhələsində iki oyun keçirəcək. Hər iki qarşılaşma norveçlilərin səfər oyunu olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin