Haland qulluq etdiyi ağacdan danışdı
“Mançester Siti”nin hücumçusu Erlinq Haland ötən mövsüm məşq bazasına qulluq etmək və ondan enerji almaq üçün miniatür ağac (bonsai) gətirib.
Komanda.az xəbər verir ki, norveçli futbolçu “Mançester Siti”nin son mövsümü haqqındakı sənədli filmdə danışarkən, bonsai ağacı üçün bir növ məsuliyyət daşıdığını bildirib:
“Bonsai qollar və ayaqlardır. Bir az da sahibinə bənzəyir. Mən onun üçün bir növ məsuliyyət daşıyıram. Ona istədiyini vermək, onu qidalandırmaq lazımdır. Ona düzgün işıq lazımdır. Bonsai ağacından enerji alırıq. Bütün bədənimizlə nəfəs alaraq, ondan enerji götürürük. Bu, bizə şans gətirir”.
Zaman keçdikcə “Mançester Siti”nin qalan futbolçularının da bu ağaca qulluq etməyə başladığı vurğulanır.
“Mançester Siti” ötən mövsüm Çempionlar Liqası, İngiltərə çempionatı və İngiltərə kubokunun qalibi olub.
Bizi Facebook-da izləyin