Haland: “Mbappenin Norveç millisində oynamasını istərdim”
“Mançester Siti”nin hücumçusu Erlinq Haland PSJ-nin futbolçusu Kilian Mbappe haqqında fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, “Canal+”a danışan norveçli futbolçu, Mbappenin ünvanına tərif yağdırıb:
“Çox yaxşı oyunçular var və Kilian onlardan biridir. O, çox güclüdür! Fransızların bəxti gətirib ki, millidə belə futbolçu var. Təbii ki, onun Norveç millisində oynamasını istərdim, amma bu, mümkün deyil. Amma o, inanılmazdır.
O, güclüdür, sürətlidir və bütün bunları illərdir edir. Məndən cəmi iki yaş böyükdür? Bu, dəlilikdir! Bəzən özünə xatırlatmalısan ki, o, daha on il də ən yüksək səviyyədə oynaya bilər. O, fenomenaldır”.
Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 27 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin