Haland “Real”ın paltardəyişmə otağına niyə girib?


“Mançester Siti”nin hücumçusu Erlinq Haland Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real”la ilk oyunundan (3:3) sonra rəqib komandanın paltardəyişmə otağına baş çəkib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, norveçli hücumçu Luka Modriçin formasını istəmək üçün “kral klubu”nun paltardəyişmə otağına daxil olub. Xorvatiyalı futbolçu ilə söhbət zamanı Haland Modriçi “əfsanə” adlandırıb.

Haland 2022-ci ildən “Mançester Siti”də çıxış edir. Hücumçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir. Norveçli forvard bu mövsüm bütün yarışlarda 37 matçda iştirak edib, 30 qol vurub və 6 məhsuldar ötürmə edib.

“Mançester Siti” ilə “Real” arasında cavab matçı aprelin 17-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button