Van Nistelroy: “Haland 60-70 qol vura bilər!”

“Lester”in baş məşqçisi Ruud van Nistelroy “Mançester Siti”nin futbolçusu Erlinq Halandı İngiltərə Premyer Liqasının ən yaxşı hücumçusu hesab edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, norveçli futbolçu haqda bunları deyib:

“Haland? Mənim üçün o, liqanın ən yaxşı hücumçusudur. Bunu sübut etdi. O, bacardığı hər şeyi qazandı. O, sadəcə əladır. Komandanızda onun kimi bir oyunçu varsa və onu saxlasaz, bir mövsümdə 30 qol zəmanətiniz var. Və açıq-aydın o, bu dəfə “pis mövsüm” keçirdi. O, yaxşı oynamağa başlayanda nə olacağını təsəvvür edə bilərsiz?! Haland 60-70 qol vura bilər! O, “Mançester Siti”nin hazırkı komandasının və gələcəyinin əsas dayağıdır. Onun üçün mənim tərəfimdən tərifdən başqa bir şey yoxdur”.

Haland bu mövsüm “Mançester Siti”nin heyətində bütün yarışlarda 40 oyun keçirib, 30 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2034-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button