Haland: “Mançester Siti”də qələbə aclığı çatışmır”

“Mançester Siti”nin hücumçusu Erlinq Haland komandasının cari mövsümdəki çıxışını dəyərləndirib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, norveçli futbolçunun sözlərinə görə, bəzi bəhanələr gətirmək mümkün olsa da, əsas problem komandanın oyununda və motivasiyanın azalmasındadır:

“Çoxsaylı zədəliləri xatırladaraq bəhanə gətirmək olardı, amma biz sadəcə olaraq ən yaxşı oyunumuzu göstərə bilmədik. Komandada qələbə aclığı çatışmır. Mən də kifayət qədər yaxşı deyildim. Komandaya əvvəlki kimi kömək edə bilmədim”.

24 yaşlı forvard İngiltərə Premyer Liqasının cari mövsümündə 28 oyuna çıxıb, 21 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun komandası hazırda 64 xalla İngiltərə çempionatının turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button