Haland “Mançester Siti” ilə anlaşdı!

Dortmund “Borussiya”nın hücumçusu Erlinq Haland mövsümün sonunda “Mançester Siti”yə keçəcək.

Komanda.az xəbər verir ki, bu barədə məlumatı “Daily Mail” yayıb. Məlumatda qeyd olunur ki, 21 yaşlı hücumçunun meneceri Premyer Liqa klubu ilə ilkin müqavilə imzalayıb. 

Haland “şəhərlilər”lə 2027-ci ilin yayına qədər sözləşmə imzalayacaq və həftəlik 500 min funt sterlinq maaş alacaq. Bununla da, Haland Premyer Liqada ən çox maaş alan oyunçu olacaq. 

Hazırda ən yüksək ödənişli futbolçu “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruynedir (385 min). MS bu keçid üçün Almaniya klubuna 63 milyon funt sterlinq (76 milyon avro) ödəyəcək.

Haland bu mövsüm “Borussiya”nın heyətində 26 oyunda 25 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun Dortmund klubu ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button