“Haland “Mançester Siti”də xoşbəxtdir”
“Mançester Siti”nin baş direktoru Ferran Soriano komandanın hücumçusu Erlinq Halandın yaxın vaxtlarda “Real”a keçəcəyi ilə bağlı yayılan şayiələrə cavab verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, norveçli futbolçunun İngiltərə klubunda uzun illər çıxış edəcəyini düşündüyünü deyib:
“Haland “Mançester Siti”də xoşbəxtdir. O, burada inanılmaz uğur qazanıb və düşünürəm ki, o, bizim üçün uzun illər oynayacaq”.
23 yaşlı hücumçu “Mançester Siti”yə 2022-ci ilin yayında Dortmund “Borussiya”sından 51,2 milyon funt-sterlinqə keçib. Hücumçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.O, bu mövsüm bütün turnirlərdə 18 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin