Haland “Mançester Siti”ni tərk etməyə hazırdır
“Mançester Siti”nin hücumçusu Erlinq Haland gələn yay bir çox klublar üçün əsas transfer hədəfi ola bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, norveçli futbolçu İngiltərə klubunu tərk etməyə və özünü başqa yerdə sübut etməyə hazırdır. Halandı transfer etməyə əsas namizədlərdən biri Fransanın PSJ klubu olacaq. Amma oyunçunun hazırda karyerasını davam etdirmək üçün prioriteti İspaniya La Liqası, xüsusən də, “Barselona” və ya “Real”dır.
24 yaşlı hücumçu 2022-ci ildə “Borussiya”dan (Dortmund) “Mençester Siti”yə keçərək, beş mövsümlük müqavilə imzalayıb. Haland bu mövsüm 10 matçda 11 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin