Haland: “Bura mənim üçün xüsusi yerdir”

“Mançester Siti”nin hücumçusu Erlinq Haland klubla yeni müqavilə imzaladıqdan sonra fikirlərini bölüşüb.

Komanda.az “şəhərlilər”in mətbuat xidmətinə istinadən xəbər verir ki, norveçli futbolçu burada olmaqdan şad olduğunu deyib:

“Pep Qvardiola və onun köməkçilərinə, həmçinin komanda yoldaşlarıma təşəkkür etmək istərdim. Bu illər ərzində hamınız mənə çox kömək etdiz. Bura mənim üçün xüsusi yerdir. Mən burada olmaqdan şadam”.

Halandın “Mançester Siti” ilə yeni müqaviləsi 2034-cü ilə qədərdir. O, İngiltərə çempionatının cari mövsümündə 21 oyun keçirib, 16 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button