Haland: “Mənə qayğı göstərən Qvardiola var”

“Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərədəki karyerasının inkişafından məmnun olduğunu bildirib.

Komanda.az AS-a istinadən xəbər verir ki, norveçli forvard böyük kuboklar qazanmaq istədiyini deyib:

“Mən mükəmməl yerdəyəm: gəncəm, mənə qayğı göstərən Pep Qvardiola var. Mən yaxşı işləyirəm, bu, xoşuma gəlir və xoşbəxtəm! Daha çox uğur istəyirəm. Mənim yeganə məqsədim Premyer Liqanı qazanmaqdır və bundan sonra bütün diqqətimi İngiltərə kubokunu qazanmağa yönəldəcəm. Daha böyük kuboklar qazanmaq istəyirəm”.

Haland bu mövsüm bütün yarışlarda 53 oyun keçirib. Norveçlinin aktivində 52 qol və 9 məhsuldar ötürmə var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button