Dünyanın ən bahalı futbolçusu klubuna və azarkeşlərə təşəkkür etdi
“Mançester Siti”nin hücumçusu Erlinq Haland dəstəyə görə kluba və azarkeşlərə təşəkkür edib.
Komanda.az xəbər verir ki, norveçli forvard sosial şəbəkə hesabında bu barədə paylaşım edib:
“Uşaqlar, hamıya salam. Son həftələrdə göstərdikləri dəstəyə görə kluba və azarkeşlərimizə minnətdarlığımı bildirmək istəyirəm. Mən yalnız səbirsizliklə gözləyirəm və bundan sonra nə olacağına diqqət edirəm”.
24 yaşlı hücumçu İngiltərə Premyer Liqasının cari mövsümündə 7 matçda iştirak edib, 10 qol vurub.
Haland indi dünyanın ən bahalı futbolçusudur. Onun bazar dəyəri 200 milyon avro qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin