
“Kapitan sarğısını taxmaq mənim üçün böyük şərəfdir” – Haland
“Mançester Siti”nin hücumçusu Erlinq Haland kapitan kimi “şəhərlilər”də keçirdiyi ilk matçı şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, norveçli futbolçu sosial şəbəkədəki paylaşımında ilk dəfə kapitan sarğısını taxmağın onun üçün böyük şərəf olduğunu bildirib:
“İlk dəfə kapitan sarğısını taxmaq mənim üçün böyük şərəfdir”.
“Mançester Siti” Şotlandiyanın “Seltik” klubu ilə yoxlama oyunu keçirib. Qarşılaşma çox məhsuldar alınıb və Xosep Qvardiolanın komandasının 3:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bu görüşdə Haland bir qol vurub. MS növbəti yoxlama matçını “Milan”a qarşı keçirəcək.
“Mançester Siti” ötən mövsüm Premyer Liqa çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin