Haland İngiltərə klubunun təklifini rədd etdi
“Borussiya”nın (Dortmund) hücumçusu Erlinq Haland “Mançester Siti”nin ilk təklifini rədd edib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər” 21 yaşlı norveçli futbolçuya illik 28 milyon avro təklif ediblər.
Haland “Real”dan təklif gözləyir və bundan sonra qərarını verəcək.
Norveçli hücumçu ilə “Barselona” da yaxından maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin