“Haland hər oyunda beş qol vurmalıdır” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın hücumçusu Erlinq Haland barədə fikirlərini bildirib.

Komanda.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 27-ci turunun “Kristal Pelas”la qarşılaşmasında (1:0) qələbə qolunun müəllifinin gözəl mövsüm keçirdiyini deyib:

“Haland hər oyunda beş qol vurmalıdır. Bunu etməsə, təzyiqə məruz qalacaq (gülür). Bu, sadəcə zarafatdır. Erlinqə qarşı hansısa təzyiq yoxdur. Çünki o, gözəl mövsüm keçirir”.

Norveçli hücumçu cari mövsümdə “şəhərlilər”in heyətində İngiltərə çempionatında 26 görüşə çıxıb və 28 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button