Haland: “Hələ marafonun başlanğıc nöqtəsindəyik”

“Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasının 1-ci turunun “Bernli” ilə görüşünü (3:0) dəyərləndirib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, topa yaxşı nəzarət etdiklərini bildirib:

“İki aylıq fasilədən sonra yenə çempionat oyunlarına çıxmaq yaxşıdır. Qələbə ilə start vermək əladır. Topa yaxşı nəzarət etdik. Hələ marafonun başlanğıc nöqtəsindəyik. Daha da güclü olmaq üçün işə davam etməli, neqativ məsələlərdən uzaq qalmalıyam”.

Norveçli forvard ölkə çempionatının açılış matçında dubla imza atıb.

“Şəhərlilər” avqustunda 16-da UEFA superkuboku çərçivəsində “Sevilya” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button