“Haland getsə, təəccüblənməyəcəm”
“Borussiya”nın (Dortmund) idman direktoru Sebastyan Kehl komandanın hücumçusu Erlinq Halandın gələn həftə gələcəyi ilə bağlı qərar verməli olacağını deyib.
Komanda.az “Sport1”-ə istinadən xəbər verir ki, klub rəsmisi Halandın “Borussiya”dan ayrılacağına işarə vurub:
“Gələn həftə bəzi məsələlərə aydınlıq gələcəyini gözləyirəm. Haland getsə, təəccüblənməyəcəm”.
Haaland cari mövsümdə “Borussiya”nın heyətində 29 matçda 28 qol vurub və 8 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı 21 yaşlı norveçli hücumçunun dəyərini 150 milyon avro olaraq göstərir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin