“O, rekordlar qırsa, biz qalib gəlməsək, xoşbəxt olmayacaq” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 5-ci turunda “Nottingem Forest” üzərində qazanılan qələbəni (6:0) şərh edib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, Qvardiola, komandanın yeni hücumçusu Erlinq Halandın gücünü xüsusi vurğulayıb:
“Bu matçda hər şey yaxşı idi. Hücumçularımızın istedadı sayəsində həqiqətən yaxşı oyun oldu. Bilirəm ki, Erlinq qol vurmaqdan xoşbəxtdir, amma qalib gəlmək istəyir. O, rekordlar qırsa, biz qalib gəlməsək, xoşbəxt olmayacaq. Haland bütün göstəricilərdə, xüsusilə də, cərimə meydançasında güclüdür”.
Sözügedən oyunda Haland het-trik edib.
“Mançester Siti” 13 xal toplayaraq, Premyer Liqanın turnir cədvəlində ikinci yerdə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin