Haland: “Bu qədər oyun uduzmaq xoş deyil”

“Mançester Siti”nin hücumçusu Erlinq Haland komandasının bu mövsümdəki nəticələri ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “City Report”-a istinadən xəbər verir ki, norveçli forvard bu qədər oyun uduzmağın xoş olmadığını bildirib:

“Bu mövsüm çətin keçdi. Bu qədər oyun uduzmaq xoş deyil, darıxdırıcı və əyləncəsizdir”.

24 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 41 matçda iştirak edib, 30 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun komandası 36 turdan sonra 65 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

“Şəhərlilər” mayın 17-də ölkə kubokunun finalında “Kristal Pelas”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button