
Haland ikinci pilləyə yüksəldi
“Mançester Siti”nin hücumçusu Erlinq Haland Norveç millisinin bombardirləri siyahısında ikinci pilləyə yüksəlib.
Komanda.az xəbər verir ki, 23 yaşlı hücumçu buna Gürcüstana 2:1 hesabı ilə qalib gəldikləri AÇ-2024-ün seçmə mərhələ oyununda nail olub.
Görüşdə hesabı açan forvard yığmada 25-ci dəfə fərqlənməklə 1949-1960-cı illərdə millidə çıxış edən Harald Ove Hennuma çatıb.
Norveç yığmasının rekordçusu 33 qolla Yorgen Juvedir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin