Venger: “Haland bir canavardır”

“Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger “Mançester Siti”nin hücumçusu Erlinq Haland haqda danışıb.

Komanda.az “City Xtra”-ya istinadən xəbər verir ki, fransalı mütəxəssis Halandın öldürücü instiktinin olduğunu bildirib:

“Haland bir canavardır. Bu adamın öldürücü instinkti var. O, inanılmaz qollar vurur. Onun karyerası yeni başlayıb. O, hələ 13-14 il oynayacaq, təsəvvür edin”.

Norveçli hücumçunun “şəhərlilər”lə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. Onun bazar dəyəri 200 milyon avro qiymətləndirilir.

24 yaşlı forvard cari mövsümdə 12 matçda iştirak edərək 13 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button