“Haland anadangəlmə qalibdir” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasının 1/8 finalının “Leyptsiq”lə cavab oyunundan sonra (7:0) açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçularının qeyri-adi çıxış etdiyini deyib:
“Oyun birinci dəqiqədən sona qədər çox yaxşı keçdi. Həm topla, həm də topsuz əla oynadıq. Erlinq Haland heyrətamiz idi. Lakin bütün futbolçularım qeyri-adi çıxış etdi.
60 dəqiqə ərzində beş qol! Erlinq inanılmaz oğlandır. Çox böyük istedaddır. Haland anadangəlmə qalibdir”.
İki oyunun nəticəsinə əsasən, “şəhərlilər” Bundesliqa təmsilçisini 8:1 hesabı ilə məğlub edib və adını 1/4 finala yazdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin