Terri heç vaxt belə futbolçu görməyib
İngiltərə millisinin sabiq futbolçusu Con Terri “Mançester Siti”nin hücumçusu Erlinq Halandın “Mançester Yunayted”lə oyundakı (6:3) çıxışını dəyərləndirib.
Komanda.az “BT Sport”-a istinadən xəbər verir ki, Terri, MY ilə oyunda het-trik edən Halandın rəqiblərə qarşı amansız olduğunu deyib:
“Erlinq Premyer Liqa tarixində böyük oyunçu ola bilər. Mən heç vaxt belə gənc futbolçunun qol vurmaq üçün tükənməz istəyi olmasını görməmişəm. Haland “Mançester Siti”nin rəqiblərinə qarşı amansızdır”.
22 yaşlı norveçli forvard bu mövsüm Premyer Liqada “Mançester Siti”nin heyətində 8 oyunda 14 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin