94 illik rekordu qırdı
“Mançester Siti” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə “Leyptsiq”i məğlub edib (7:0).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu matçda norveçli hücumçu Erlinq Haland “şəhərlilər”in 94 illik qol rekordunu qırıb.
Cari mövsümdə vurduğu qolların sayını 39-a çatdıran forvard “Mançester Siti”nin heyətində bir mövsümdə ən çox fərqlənən futbolçu olub.
O, 1928/29 mövsümündə 38 dəfə qol vurmağı bacaran Tommi Consonu keçib.
Haland mövsümün əvvəlindən “Mançester Siti”də forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin