
Haland əsrin rekorduna imza atıb
Norveç millisinin futbolçusu Erlinq Haland 21-ci əsrin rekorduna imza atıb.
Komanda.az xəbər verir ki, 25 yaşlı hücumçu buna Moldovaya qalib gəldikləri (11:1) DÇ-2026-nın seçmə mərhələsinin oyununda beş qol vurmaqla nail olub.
Penta-trik edən futbolçu adını tarixə yazdırıb. Haland cari əsrdə dünya çempionatlarının seçmə mərhələsində bir qarşılaşmada beş qol vuran ilk oyunçudur.
Bu həm də 1977-ci ildən sonra belə görüşlərdə ilk penta-trikdir. Həmin vaxt Hans Krankl Malta ilə matçda rəqib qapısına beş dəfə yol tapıb.
Norveç millisi DÇ-2026-nın seçmə mərhələsində I qrupunda 15 xalla liderdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



