Keçmiş futbolçu Halandı ərköyün uşağa bənzətdi
“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Roy Kin Premyer Liqanın 36-cı turunda “Vulverhempton”la matçda (5:1) əvəzlənməsinə mənfi reaksiya verən “Mançester Siti”nin hücumçusu Erlinq Haland haqda danışıb.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, keçmiş futbolçu, Halandı “ərköyün uşaq” adlandırıb:
“Halandın əvəzləndiyini gördük, o, çox da sevinmədi və ərköyün uşaq kimi davrandı. Düşünürəm ki, baş məşqçi ilə futbolçu arasında dava-dalaş yarananda və nəticələr arzuladığın kimi getməyəndə, heç bir faydası yoxdur”.
Sözügedən matçda 4 qol vuran Haland 82-ci dəqiqədə ehtiyat oyunçular skamyasına göndərilib. Əvəzində meydana Xulian Alvares daxil olub. Norveçli forvard əvəzetmədən narazılığını açıq şəkildə ifadə edib. Amma “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola oyunçunun davranışını matçın hakiminə reaksiya kimi dəyərləndirib.
“Mançester Siti” Premyer Liqanın 36 turundan sonra 82 xal toplayıb və “Arsenal”dan 1 xal geri qalaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Qvardiolanın komandasının ehtiyatda bir matçı var.
Bizi Facebook-da izləyin