Haland ən yaxşı seçildi
“Mançester Siti”nin hücumçusu Erlinq Haland “Globe Soccer” mükafatına layiq görülüb.
Komanda.az xəbər verir ki, 23 yaşlı forvard hər kəsi qabaqlayaraq 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.
Halanddan başqa, bu mükafata Çud Bellingem (“Real”), Kərim Benzema (“Əl-İttihad”), Kevin De Bruyne (“Mançester Siti”), Kilian Mbappe (PSJ), Lionel Messi (“İnter Mayami”), Viktor Osimhen (“Napoli”), Məhəmməd Salah (“Liverpul”), Kriştiano Ronaldo (“Əl-Nəsr”), Bernardo Silva (“Mançester Siti”) və Vinisius Junior (“Real”) da namizəd idi.
Mükafatın 2022-ci ildəki qalibi isə Kərim Benzema olub.
Haland ötən mövsüm “Mançester Siti” ilə 3 kubok qazanıb – Çempionlar Liqası, İngiltərə Premyer Liqası və İngiltərə kuboku. O, “şəhərlilər”in heyətində 53 matçda iştirak edib və 52 qol vurub.
Bizi Facebook-da izləyin