“Hakken”in futbolçusu: “Qrupda ikinci yeri tuta bilərik”
Avropa Liqasının H qrupunda “Qarabağ”ın rəqiblərindən olan İsveçin “Hakken” klubunun futbolçusu Amor Layuni Ağdam təmsilçisi haqda danışıb.
Komanda.az “Aftonbladet” portalına istinadən xəbər verir ki, tunisli futbolçu qrupda 2-ci yeri tuta biləcəklərinə inandıqlarını bildirib:
“Təbii ki, qrupda ikinci yeri tuta bilərik. “Qarabağ” evdə yaxşı oynayır. Amma biz də nəyə qadir olduğumuzu bilirik. “Bayer”lə matçın böyük hissəsində (0:4) bu səviyyədə oynamağa qadir olduğumuzu da göstərdik”.
30 yaşlı hücumçu “Braqe”, “Deqerfors”, “Elverum”, “Bodo-Qlimt”, “Valarenqa”, “Sidney Uondorers”də oynadıqdan sonra bu il “Hakken”ə keçib. O, bu mövsüm 4 matçda 4 qol vurmağı bacarıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin