“Hakken” – “Qarabağ” matçı avstriyalı hakimlərə tapşırıldı
İsveçdə yerli “Hakken” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun oyununun təyinatları açıqlanıb.
Komanda.az xəbər verir ki, qarşılaşma Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.
FİFA referisi Sebastian Qishamerə Roland Ridl və Santino Şreyner laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Stefan Ebner yerinə yetirəcək.
VAR-da Aleksandr Harkam, AVAR-da isə Kristian Petru Cioçirca olacaq.
Oktyabrın 5-də Höteborqda keçiriləcək qarşılaşma saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin