“Hakimə dedim ki, oyunu kişi kimi idarə et”

“Qəbələ”nin məşqçisi Xaqani Məmmədov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Çox çətin oyun oldu. Matça yaxşı hazırlaşmışdıq. “Turan Tovuz” yaxşı oyunlar keçirib, üst pillələrdədir. Bilirdik ki, necə rəqibə qarşı oynayacağıq. Komandanı görüşə yaxşı kökləmişdik. İlk hissə o qədər də yaxşı oynamadıq. İkinci hissədə özümüzdə güc tapıb hesabı 0:2-dən 2:2-yə gətirdik. Süni meydanda oynamaq çətin idi. Düşünürəm ki, komanda əlindən gələni etdi. Belə bir oyunda heç-heçə pis nəticə deyil.

Futbol emosiyalar oyunudur. İnsan özündən çıxa bilər. Hakimlər bir az səbrli olmalıdır. Biz iradımızı bildiririk. Etiraz edən kimi ikinci sarı vərəqəni verirlər. İstərdim ki, bu məsələdə hakimlər bir az diqqətli olsunlar. Söyüş olmayıb. Yalan danışmaram heç vaxt. Etiraz etdim. Dedim ki, oyunu kişi kimi idarə et. Omarın epizodunda təmiz cərimə var idi, vermədi. Ona bildirdim ki, cərimə zərbəsi təyin etməliydin”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button