
Hakimləri təhqir edən futbolçu cəzalandırıldı
2-ci Liqa komandası “Dinamo”nun futbolçusu Yusif Cəfərov diskvalifikasiya edilib.
Komanda.az xəbər verir ki, buna səbəb onun Azərbaycan kubokunun 1-ci təsnifat mərhələsində “Göygöl”lə oyunda hakimləri təhqir etməsi olub.
Matçın 84-cü dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimlərin ünvanına qeyri-etik ifadələr işlədən oyunçu AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılıb. Komanda isə 300 manat cərimə olunub.
Rəqibinə 1:2 hesabı ilə məğlub olan “Dinamo” ölkə kuboku ilə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin