“Onlarla nəyisə müzakirə etməyi sevmirəm” – “Qırmızı” görən baş məşqçi
“Brayton”un baş məşqçisi Roberto de Zerbi İngiltərə Premyer Liqasının 30-cu turunun “Tottenhem”lə matçından sonra (1:2) açıqlama verib.
Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis hakimlər haqda fikir bildirib:
“Mən hakimlərə qarşı təzyiq etmək istəmirəm. Onlarla nəyisə müzakirə etməyi sevmirəm. Məncə, bunun səbəbi kifayət qədər aydındır. Lakin hər kəsin şəxsi fikri var. Mənim əsas vəzifəm ideyalarımı oyunçularımla bölüşməkdir”.
Xatırladaq ki, De Zerbi bu qarşılaşmada görüşün baş hakimi tərəfindən qırmızı vərəqə alaraq texniki zonadan kənarlaşdırılıb.
“Brayton” hazırda İngiltərə çempionatının turnir cədvəlində 46 xalla 7-ci, “Tottenhem” isə 53 xalla 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin