Hakimləri təhqir edən futbolçuya 4 oyunluq cəza verildi
İkinci Liqada çıxış edən “Ağdaş” klubunun futbolçusu Ülvi Sarıyev 4 oyunluq cəzalandırılıb.
Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Cəzaya 2-ci Liqanın 7-ci turunda “Hypers Guba” ilə görüşdə ikinci sarı vərəqə aldıqdan sonra futbolçunun hakimləri təhqir etməsi səbəb olub. Sarıyevin bu hərəkətinə görə “Ağdaş” klubu 300 manat cərimələnib.
“Ağdaş” həmçinin, matçın ilkin protokolu elektron bazada gec təsdiq edildiyinə görə 100, Əsasnamənin tələbləri pozulduğuna görə 50, beş futbolçusu sarı vərəqə ilə cəzalandığına görə isə 70 manat cərimələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin