Hakimləri təhqir edən baş məşqçiyə daha 5 oyunluq cəza verilib

AFFA İntizam Komitəsi 2-ci Liqada çıxış edən “Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynovu daha beş oyunluq cəzalandırıb.

Komanda.az xəbər verir ki, buna mütəxəssisin “Şahdağ Qusar”la oyunda hakimləri təhqir etməsi səbəb olub.

Onun cəzasının üzərinə daha beş matç əlavə edilib. Komitə aprelin 18-də də eyni səbəbdən baş məşqçini beş oyunluq cəzalandırmışdı.

“Şəmkir”in futbolçuları isə “Şimal”la qarşılaşma bitdikdən sonra paltardəyişmə otağının qapısını sındırıblar. Dəymiş ziyan “Şəmkir” klubu tərəfindən ödəniləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button