“Hakimlərə də dəstək olmaq lazımdır” – Azər Bağırov
Azərbaycan Premyer Liqasının 23-cüi turu çərçivəsində bu gün keçirilən “Səbail” – “Araz-Naxçıvan” oyunundan sonra təşkil olunan mətbuat konfransında qonaqların baş məşqçisi Azər Bağırov fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçəni belə şərh edib:
“Azarkeşlər maraqlı oyun izlədilər. Bəzən oyun zamanı əsəbləşir, hakimlərdən çox danışırıq, amma onlara da dəstək olmaq lazımdır. Ümumi götürsək, oyun mənim üçün çox yaxşı keçdi.
Kadirinin əvəzinə Vandersonu meydana buraxmağım oyun planında edilmiş dəyişiklik idi. İstəyirdim oyunun sürətini artıraq. Vandersonun da irəliyə daha çox çıxmasını tapşırmışdım.
Bu gün hesabımıza 1 xal yazdırsaq da, matç zamanı hesabda üstün olmağımızı və qol epizodlarımızın çoxluğunu nəzərə alaraq 2 xal itirdiyimizi qeyd edə bilərəm”.
Bizi Facebook-da izləyin