“Hakimlərlə bağlı söz-söhbətlər əsəb yaradır” – Zidan
İspaniya La Liqasının növbəti turu çərçivəsində “Qranada” ilə qarşılaşacaq “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hakimlərin qərarlarıyla bağlı danışan fransalı mütəxəssis, “kral klubu”nun vəziyyətindən razı olduğunu bildirib:
“Hakimlərlə bağlı söz-söhbətlər əsəb yaradır. Onlar oyunun bir parçasıdır və onlar da haqlıdırlar. Bu, çətin bir işdir, hakimlər haqda danışmaq istəmirəm.
Komandam son zamanlarda çox yaxşı oynayır, yaxşı məşq edirik. Komandadakı hər kəsə güvənirəm, onlardan şübhəm yoxdur. Qarşıda çoxlu oyunlarımız var. Hər birində qalib gəlmək üçün çalışacağıq.
Eden Hazard bizimlə birlikdədir. Psixoloji olaraq toparlanmaq onun üçün asan olmadı, amma o, yaxşı görünür. İşləri yavaş-yavaş, səbrlə etməliyik”.
“Real” – “Qranada” oyunu bu gün, saat 22:45-də başlayacaq.
Bizi Facebook-da izləyin