“Hakimlərin işini bəhanə kimi istifadə edə bilməzsiz” – “Barselona”nın futbolçusu

“Barselona”nın mərkəz müdafiəçisi Ronald Arauxo İspaniya çempionatının 32-ci turu çərçivəsində “Real”a məğlubiyyətdən (2:3) danışıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, La Liqada ikinci yer üçün mübarizəyə davam etməli olduqlarını söyləyib:

“Hakimlərin işini bəhanə kimi istifadə edə bilməzsiz. Səhv etdik və yenə məğlub olduq. Mübarizəni davam etdirməli və ikinci yeri tutmalıyıq. La Liqa dünyanın ən güclü çempionatlarından biridir. Burada qol təyinetmə sisteminin olmaması qəribədir”.

“Barselona” hazırda 70 xalla İspaniya çempionatının turnir cədvəlində ikinci yeri tutmaqda davam edir. “Real” 81 xal toplayıb və turnir cədvəlinə rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button