Onu acgözlükdə ittiham edənlərə cavab verdi – Əşrəfin keçmiş həyat yoldaşı

PSJ-nin müdafiəçisi Əşrəf Hakiminin keçmiş həyat yoldaşı, ispaniyalı aktrisa Hiba Abuk mərakeşli futbolçunun fanatlarının tənqidlərinə cavab verib.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, sosial şəbəkədəki şərhlərdə Abuk boşandıqdan sonra Hakimidən çoxlu məbləğdə pul almaq istədiyinə görə tənqid edilib.

“Bu, misoginist dünyadır. Münasibətimizə pul üçün başlamamışıq, mən ondan daha məşhur idim. Nə yaxşı ki, onların dediklərinin artıq mənə dəxli yoxdur. Ehtiyatlı olmaq istəyirəm ki, bu, bizim ailəmizə təsir etməsin. Ümid edirəm ki, ədalət və sağlam düşüncə mənim tərəfimdədir” – deyə, Hakiminin keçmiş həyat yoldaşı bildirib.

KİV-in məlumatına görə, Abuk Hakiminin əmlakının yarısını almaq istəyib. Lakin PSJ-nin futbolçusu bütün əmlakını anasına verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button