Əşrəfin ən xoş xatirəsi

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi futbol karyerasına necə başladığını xatırlayıb.

Komanda.az xəbər verir ki, mərakeşli futbolçu “ABtalks” nəşrinə müsahibəsində bunu deyib:

“Uşaqlığın ən yaxşı xatirəsi? “Real” məni təlim-məşq toplanışına dəvət edəndə olub”.

26 yaşlı oyunçu müvəffəqiyyətlə bitirdiyi “Real” akademiyasında təhsil alsa da, doğma klubunun əsas komandasında yer ala bilməyib. O, daha çox Dortmund “Borussiya”sındakı çıxışı ilə tanınıb, sonra “İnter”də oynayıb və 2021-ci ildən PSJ-ni təmsil edir.

Hakimi bu mövsüm parislilərin heyətində 23 oyun keçirib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button