ÇL: “Hakimin nəticəyə təsir edən səhvlər etdiyini düşünürəm”

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Bayern”lə matçdan sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, 51 yaşlı mütəxəssis hakim idarəçiliyindən narazı qaldığını bildirib:

“Məğlubiyyəti tam olaraq hakimə bağlamaq istəmirəm. Futbolçularımı təbrik edirəm. “Bayern”ə qarşı oynaya biləcəyimiz ən yaxşı oyunu göstərdik. Alfonso Deyvisə göstərilməyən ikinci sarı vərəqə var. Rəqib 10 nəfərlə qalsa, fərqli şeylər ola bilərdi. Buraxdığımız ilk qoldan öncə Barışın ayağını əzdilər. Hakim ilk dəfə Çempionlar Liqası matçı idarə edirdi. Onun nəticəyə təsir edən səhvlər etdiyini düşünürəm”.

“Aslanlar” Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə Münhen klubuna 1:2 hesabı ilə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button