Hakimidən “Real” açıqlaması: “Klub məni geri istəyərsə…”
İcarə əsasında “Borussiya”da (Dortmund) çıxış edən “Real”ın futbolçusu Əşrəf Hakimi açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu, müqavilə ilə məxsus olduğu “kral klubu”na qayıtmaq istədiyini bildirib:
“Real”ın baş məşqçisi Zinəddin Zidan mənə peşəkar futbolçu olmaq fürsəti verdi. Bu inamına görə ona minnətdaram. “Real” mənim evimdir, orda yaxşı xatirələrim var. Klub məni geri istəyərsə, qayıdacam. İstəməsələr, karyeramı başqa bir möhtəşəm komandada davam etdirmək məcburiyyətində qalacam”.
“Borussiya” ilə icarə müqaviləsi cari mövsümün sonunda başa çatacaq futbolçu “Bavariya”nın hədəfindədir. Hakimi cari mövsümdə iştirak etdiyi 36 oyunda 7 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin