“Atletiko”nun futbolçusu 12 oyunluq cəzalandırıla bilər

“Atletiko”nun futbolçusu Anxel Korrea hakimi təhqir etdiyinə görə 12 oyunluq cəzalandırıla bilər.

İspaniya La Liqasının 27-ci turunun “Xetafe” ilə matçında Korrea 87-ci dəqiqədə meydandan qovulub.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, argentinalı futbolçu ona qırmızı vərəqə göstərilməsindən sonra hakimin ünvanına nalayiq ifadələr işlətməyə başlayıb.

Bütün bunlar matçın protokolunda öz əksini tapıb. İndi hazırkı reqlamentə əsasən, Korrea 4 və ya 12 oyun müddətinə diskvalifikasiya edilə bilər. Nəticəyə gəlincə, “Atletiko” 1:2 hesabı ilə uduzub və turnir cədvəlinə başçılıq etmək şansını əldən verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button