
Hakimi təhqir edən baş məşqçi 5 oyunluq cəzalandı
Azərbaycan 2-ci Liqasında çıxış edən “Ağdaş” komandasının baş məşqçisi Ruslan Hüseynov 5 oyunluq diskvalifikasiya olunub.
Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
Onun cəzalanmasına səbəb 8-ci turda baş tutan “Xankəndi” ilə oyununun fasiləsində hakimi təhqir etməsidir. Qırmızı vərəqə ilə cəzalandırılan Hüseynov hərəkətinə görə 5 oyunluq diskvalifikasiya edilib, “Ağdaş” isə 1000 manat cərimələnib.
“Mingəçevir”in baş məşqçisi Ramiz Məmmədov isə 2 oyunluq cəza alıb. Buna “Şəfa” ilə matçın 63-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Nəticədə, mütəxəssisə 2 oyunluq cəza verilib, Mingəçevir təmsilçisi isə 1500 manat ödəməli olacaq.
Bizi Facebook-da izləyin


